Bərdə İcra Başçısının dövlət büdcəsi hesabına mülk sahibi olmasına niyə göz yumulur?
Dosye.org-un redaksiyasına Bərdə İcra başçısının rayonda sözün əsl mənasında at oynatması ilə bağlı daxil olan məlumatlara görə, Vidai İsayev Bərdə rayonu üçün dövlətin ayırdığı maliyyəni yeyib süpürür.
Etibarlı mənbədən verilən məlumata görə isə Vidadi İsayev Bərdə rayonunda maliyyə maxinasıyalarının üstünü ört-astır etməkdən ötrü, hətta bu günlərdə Bərdəyə səfər edən Azərbaycan Respublikasının Nəqliyyat Naziri Ziya Məmmədova da kələk gələrək, xırtdəyədək borc içində olan Bərdəni üstü bəzək şəkildə təqdim etsə də, bu rayon camaatının gözündən yayınmayıb.
Bərdə camaatı Vidadi İsayevin rayon əhlinə məxsus torpaqları zor gücünə onların əlindən alaraq, satışa çıxardığını iddia edir. Rayon sakinləri bildirir ki, Vidadi İsayev rayonda özünü feodal elan edib, rayon camaatından məcburi sürətdə aylıq maddi vəsait toplayır. Etiraz edib, o dediyinin əksinə çıxanları isə “səni içəri soxduraram, ağlın başına gələr” deyə hədələdiyi bildirilir.
Dosye.org-un anonim mənbəsi bildirir ki, Vidadi İsayevin hazırda başı Yevlax rayonunda özünə villa tikdirməyə qarışıb. Deyilənə görə, o öz növbəti yerdəyişmə yolu ilə icra başçılığını Yevlaxda etmək niyyətindədir. Bunun üçün də, gərəkən yerlərə, gərəkən qədər vəsaiti çatdırmaq məqsədi ilə indi Bərdə camaatı Vidadi İsayev tərəfindən iki dəfə artıq soyğuna məruz qalır… Eyni zamanda, Vidadi İsayev heç kəsdən çəkinmədən hamıya açıq şəkildə “Mənə bu qədər pul lazımdır, Yevlaxda villam yarımçıq qalıb”- deyir.
Dövlət büdcəsini qarət etməyi bəs deyilmiş kimi, rayon camaatını soyan bu icra başçısı, hələ bir yevlax icra başçısının yerinə də göz tikib. Bərdəni abıra gətirib, indi də, Yevlaxı göz altı edən Vidadi İsayev böyük ehtimalla Ziya Məmmədova rayonla bağlı yanlış məlumatlar verməyinin heç kəsin anlamayacağını düşünüb.

Özü Emu quşu kimi başını yevlaxdakı villasına soxub, elə bilir hər kəs onun kimidir. Daha demir ki, əllərindən pulları, torpaqları zorla alınan rayon camaatı ondan daha çox ayıq-sayıqdır. Rayon camaatı da, Ziya Məmmədov kimi hörmətli naziri göz görə-görə aldadaraq, yanlış informasiya verib yola salmasını Vidadi İsayev fırıldağının pik nöqtəsi kimi qiymətləndirir.
Mənbə iddia edir ki, Vidadi İsayev rayon icra başçısı təyin olunan gündən rayon üçün ayrılan vəsaitə “zənginləşmə əməliyyatı”nı yerinə yetirir. Bu işdə də ona birbaşa olaraq İlham adlı müavini yardım edir. Hətta daha əvvəl nazirlərin Bərdə rayonuna səfƏri zamanı Bərdəni üstü bəzək təqdim etməK və maliyyə oğurluğunu ört-bastır etmək işini də əvvəl həmin sözü gedən İlham adlı müavini görürmüş. İndi isə vəziyyət elə gətirib ki, icra başçısı birbaşa özü həmin ənənəvi yalan-dolan səlahiyyətini yerinə yetirib və Ziya Məmmədovun qulağına elə rus sayağı əriştə asıb, Bakıya yola salıblar.
Adamı yandırıb tökən məsələ odur ki, bu boyda maliyyə maxinasiyaları və fırıldaqları olan icra başçısı nədənsə, barmaqlıqlar arxasına düşəcəyini deyil, əksinə buradan çıxarılıb, Yevlaxa təyinat alacağını düşünür… Elə ona görə də, Yevlaxda elə bu başdan villa tədarükü görür…



