Kirbi qeyd edib ki, Baydenin İsrailə səfəri hazırda planlaşdırılmayıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahudan Təl-Əvivə səfərə dəvət alıb. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.
“İsrailin baş nazirindən dəvət alındı, lakin hələ hər hansı səfərlər barədə danışmağın vaxtı deyil”, – Kirbi CNN telekanalında qeyd edib.
Ağ Ev həmçinin qeyd edib ki, Bayden bir neçə dəfə İsrailə səfər edib və indi İsrail xalqı üçün “kritik vaxt” olduğunu başa düşür. Ona görə də prezident yenidən İsrailə səfər etmək niyyətindədir, lakin hazırda konkret məlumat yoxdur.
Şayəstə Hüseynova






