Qətər İsrailin ağır bombardman etdiyi Qəzza zolağına 37 ton humanitar yardım daşıyan təyyarə göndərib.
Elchi.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Qəzzaya humanitar yardım materialları daşıyan təyyarənin Əmir Şeyx Təmim bin Həməd Al Taninin göstərişi ilə Misirə yola düşdüyü bildirilib.
Açıqlamada ərzaq və tibbi ləvazimatlardan ibarət 37 ton yardımın Misirin Ariş şəhərinə çatdırılacağı bildirilib.
Yardımın Fələstin xalqı ilə həmrəylik səyləri çərçivəsində göndərildiyi vurğulanıb.
Nuranə Məmmədova






