Rusiyanın Qəzzada “humanitar atəşkəs” tələb edən və hər cür mülki ölüm hallarını pisləyən qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən rədd edilib.
Elchi.az xəbər verir ki, Rusiyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamə layihəsi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında səsə qoyulub.
Qanun layihəsi 5 “hə” səsi, 6 “bitərəf” və 4 “xeyr” səsi ilə rədd edilib.
ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya “yox” səs verdi.
Rusiyanın qətnamə layihəsində HƏMAS-ın adı xüsusi qeyd olunmasa da, bütün mülki ölümlər pislənib.
Rusiyanın qanun layihəsinə alternativ olaraq səsverməsi başqa günə təxirə salınan Braziliyanın irəli sürdüyü qanun layihəsində “HƏMAS-ın terror hücumları” pislənilir və atəşkəs əvəzinə “humanitar fasilə” tələb olunur.
Qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında təsdiqlənməsi üçün o, ən azı 9 “hə” səsini toplamalı və daimi üzvlərdən heç biri qanun layihəsinə veto qoymamalıdır.
Nuranə Məmmədova





