Ukrayna Silahlı Qüvvələrinin çoxlu sayda hərbi qulluqçusu cəbhədəki əlverişsiz şəraitə görə rus əsgərlərinə təslim olub. Elchi.az xəbər verir ki, bu barədə “MKİ”-nin keçmiş əməkdaşı Larri Conson “Judging Freedom” “YouTube” kanalına müsahibəsində danışıb.
Daha əvvəl Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin tədricən ABŞ və Avropanın dəstəyini itirdiyi barədə məlumatlı olduğunu gizlətmir. O vurğulayıb ki, Zelenski hərbi münaqişələrdə hücum hərəkətləri edə bilməyən Qərbdə ciddi problemlərin olduğunu qeyd edir.
Havar Şəfiyeva






