Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Pakistanın baş naziri vəzifəsini icra edən Ənvar-ül-Haq Kakar arasında görüş keçirəcəyini açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Görüş Çində “Bir kəmər, bir yol” forumu çərçivəsində baş tutacaq. “Bu gündən yekun görüş Pakistanla olacaq. Səhər tezdən razılaşdırılan budur. Qalan hər şey plana uyğun olacaq”, – deyə Peskov bildirib.
Havar Şəfiyeva






