Rusiya prezidenti Vladimir Putin Pekində Macarıstanın Baş naziri Viktor Orban ilə planlaşdırılmamış danışıqlar aparıb.
Elchi.az bu barədə RİA.ru-ya istinadən xəbər verir.
Macarıstanın baş naziri ilə görüşdə Rusiya prezidenti qeyd edib ki, Macarıstanla olduğu kimi, bir çox Avropa ölkələri ilə də münasibətlərin qorunub saxlanılması və inkişafı məmnunluq doğurmaya bilməz.
Eyni zamanda, oktyabrın 13-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib ki, Çində Rusiya və Macarıstan arasında ikitərəfli təmaslar planlaşdırılmır.
Əvvəllər Orbanın “Bir kəmər, bir yol” forum proqramında iştirak etmək üçün oktyabrda Pekinə uçacağı bildirilirdi. Vladimir Putin də ora gəlməyi planlaşdırırdı.
Yeganə






