"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avtodayanacaqlarda yığılan milyonların müəmmalı taleyi…

13 Fevral 2015 - 10:54
in İQTİSADİYYAT MANŞET

Dövlət büdcəsi hesabına tikilən obyektlər niyə özəl şirkətlərə verilir?img1552996

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

 
Azərbaycanda dövlət büdcəsi hesabına tikilən obyektlərin özəl şirkətlərin istifadəsinə verilməsi və buradan gələn vəsaitlərin büdcədən yayınması hallarına tez-tez rast gəlinir. Son olaraq mətbuatda dövlət hesabına tikilən avtodayanacaqların özəl şəxslərə verilməsi etiraz doğurmuşdu. Ancaq görünən odur ki, bu problem hələ də həllini tapmayıb. Bəs görəsən, hazırkı dövrdə neft gəlirlərinin azalması səbəbindən  dövlət büdcəsinin çətin günlər yaşadığı bir dövrdə bu yolla külli miqdarda vəsaitin büdcədən yayındırılması kimlərin maraqlarına xidmət edir? Büdcədən yayınan vəsaitlərin arxasında kimlər durur? 
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a verdiyi açıqlamada bildirdi ki, Azərbaycanda çox ciddi problemlərdən biri də dövlət büdcəsinə gələn vəsaitlərin bu şəkildə yayındırılmasıdır: “Təəssüf ki, hökumət dövlət büdcəsi hesabına tikilən obyektləri beynəlxalq praktikada qəbul olunmuş bu normalara uyğun işlətmir. Bir çox ölkələrdə, ümumiyyətlə, dövlət kommersiya xarakterli obyektlərin tikintisinə qarışmır. Dövlət bu tipli obyekt tikəndə isə onun büdcəsini elan edir və cəmiyyətə açıq bir şəkildə tender keçirir. Kommersiya qurumları ilə müqavilə bağlayır və qoyulan vəsaitin hansı müddətə çıxarılacağını, icarə dəyərini, vergilərin həcmini və sairə əsasən tenderin qalibi müəyyənləşir. Azərbaycanda isə vəziyyət bundan fərqlidir. Dövlət büdcəsi hesabına tikilən kommersiya tipli obyektlər sonradan çox ucuz qiymətə və ya kommersiya qurumları üçün çox yaxşı şərtlərlə icarəyə verilir. Bunun isə səbəbi odur ki, həmin kommersiya qurumları yüksək postlarda təmsil olunan məmurların yaxın qohumlarına, dolayısı ilə özlərinə məxsusdur. Məsələn, dövlət hesabına tikilən dayanacaqların idarə edilməsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının yaxın qohumlarına verilməsi haqda mətbuatda məlumatlar var idi. Bu təsdiq olunmamış bir məlumat idi, ancaq bu kimi hallar az deyil”.
 
Ekspert bildirib ki, bu prosesi açıq-aşkar bir qrup insanın dövlət büdcəsi hesabına varlanmasına yönəlmiş addım kimi dəyərləndirmək olar: “Ən azından sonradan kommersiya qurumları ilə müqavilə bağlanarkən bu vəsaitlərin bir qisminin dövlət büdcəsinə geri qaytarılmasını təmin etmək üçün həm icarə müqavilələri, həm də vergi şərtləri daha şəffaf olmalıdır. Mətbuatın və cəmiyyətin bu müqavilələrə, qoyulan şərtlərə çıxışı olmalıdır. Çünki bu obyektlər dövlət büdcəsi hesabına tikilib, büdcə isə bizim ödədiyimiz vergilərin hesabına formalaşmış bir mənbədir.
Bu problemdən çıxış yolu ilk növbədə şəffaflığın artırılmasıdır, dövlət hesabına tikilən obyektlərin icarəyə verilməsi prosesinin şəffaf şəkildə  həyata keçirilməsidir. Qardaş Türkiyənin təcrübəsinə nəzər salsaq, bu tipli obyektlərin icarəsi və ya uzunmüddətli idarəetməyə verilməsi ilə bağlı tenderlər televiziyalarda canlı yayımla verilir. Canlı efirdə müxtəlif kommersiya qurumlarının təklifləri səsləndirilir, həm də tenderin qalibinin kimliyi, gələcəkdə atacağı addımlarla bağlı proqramı bəlli olur. Azərbaycanda bu cür işlər çox zaman gizli və qapalı şəkildə görülür və dövlət büdcəsi hər il bundan külli miqdarda ziyan çəkir.  Bu praktikaya son qoymaq lazımdır. Çünki bir tərəfdən dövlət büdcəsinin gəlirləri azalır və yaxın gələcəkdə büdcədən ayrılan hər manatın hesabatlılığının olması çox vacibdir”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, istənilən obyekt gələn gəlirlərdən dövlət büdcəsinə müəyyən vergi verməlidir: “O cümlədən, hər hansı obyektlərin tikintisini dövlət həyata keçiribsə, büdcədən xərclənən vəsait geri qaytarılmalıdır. Bu məsələdə müəyyən çatışmazlıq varsa, dövlət qurumları bunu nəzarətdə saxlamalıdır. Son zamanlar dünyada baş verən iqtisadi böhran və Azərbaycanın da gəlirlərinin azalması hökuməti vadar edir ki, bu məsələlərə  diqqəti artırsın”.(Musavat.com)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Pyerre Vebo Azərbaycan klubunda?

Next Post

Səhmlər bahalaşıb

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Səhmlər bahalaşıb

Avropa azərbaycanlı girovların işi ilə bağlı ədalətə çağırır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.