İran prezidenti İbrahim Rəisi bildirib ki, İsrailin Qəzza zolağında 500-dən çox fələstinlinin ölümünə səbəb olan xəstəxanaya hücumunun səbəbkarları və tərəfdarları mühakimə olunmalıdır.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, prezident Rəisi Nazirlər Kabinetinin iclasında İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumuna reaksiya verib.
Rəisi deyib: “Bu dəhşətli cinayətə (xəstəxanaya hücum) yalnız qınamaq kifayət deyil. Sionist rejimin döyüş maşını mümkün qədər tez dayandırılmalıdır. Bu cinayəti törədənlər və dəstəkləyənlər mühakimə olunmalıdır ki, zəmanət verilsin.
Qəzzada humanitar faciənin baş verməməsi üçün İsrailin tətbiq etdiyi qida və su embarqosunun dərhal aradan qaldırılması lazım olduğunu vurğulayan Rəisi, dünyanın hər yerindən azad hüquq sahiblərini hərəkətə keçməyə çağırıb.
İran prezidenti bu sözləri deyib:
“Beynəlxalq qanunlar və müqavilələr kağız üzərində qalmaq üçün yazılıbmı? Bütün dünya xalqının mühakiməsi ondan ibarətdir ki, bu rejim insanlığa qarşı iyrənc və dəhşətli cinayətlər törədib. Bu cinayətlərə tez bir zamanda son qoyulmalı, cinayətkarlar və onların havadarlarına qarşı mübarizə aparılmalıdır”.
Şayəstə Hüseynova






