NATO-nun Şərqi Avropa və Baltikyanı ölkələrdəki qüvvələri iki yarım dəfə artaraq 30 min nəfəri ötüb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.
“Ötən ilin fevralından Şərqi Avropa və Baltikyanı ölkələrdə bloku gücləndirən qoşunların sayı 2,5 dəfə artaraq 30 min nəfəri ötüb. Onların yarıdan çoxu Amerika Birləşmiş Ştatlarının hərbçiləridir”, – deyə Şoyqu bildirib.
Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, NATO müntəzəm olaraq Rusiya və Belarusla münaqişə ssenarilərinin tətbiq olunduğu hərbi təlimlər keçirir. Xüsusilə, nüvə silahından istifadənin mümkünlüyünü fərz edirlər.
Havar Şəfiyeva






