Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot “X” sosial şəbəkəsində Brüsseldən olan terrorçunun ABŞ-ın Ukraynaya verdiyi silahlardan istifadə etdiyi ehtimal edilir.
“Brüssel terrorçusu, yəqin ki, qurbanlarını öldürmək üçün Amerika silahlarından istifadə edib” – deyə siyasətçi yazıb.
Qeyd edək ki, Brüsseldə terror aktı oktyabrın 16-da baş verib. Radikalçı İsveç milli futbol komandasının formasını geyinmiş insanlara atəş açıb. İki nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Atışmaya görə məsuliyyəti “İslam Dövləti” terror təşkilatı öz üzərinə götürüb.
Havar Şəfiyeva






