ABŞ, doqquz şəxsə və bir müəssisəyə sanksiyalar tətbiq edəcək. Elchi.az Reutersa istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“Biz HƏMAS terrorçularının vəhşiliklər törətmək və İsrail xalqını terror etmək üçün vəsait toplamaq və istifadə etmək imkanlarını inkar etmək üçün bütün lazımi addımları atmağa davam edəcəyik” – deyə qeyd olunub.
Sanksiyaların Qəzzada yerləşən doqquz fiziki və bir qurumu, həmçinin Sudan, Türkiyə, Əlcəzair və Qətəri hədəf aldığı bildirilir.
Bundan əvvəl məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında konqresmenlər Amerika lideri Co Baydenə Yaxın Şərqdəki islamçı qruplara, o cümlədən Livan Hizbullahına qarşı güc tətbiq etmək hüququ verən qanun layihəsi hazırlayırlar.
Havar Şəfiyeva






