İsrailin Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatına qarşı mübarizəsi çətin və uzun olacaq, çünki bu, düşmənlə fərqli bir müharibədir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Baş nazir Həmas yaraqlılarını Qəzzada dinc əhalidən canlı qalxan kimi istifadə etməkdə ittiham edib. Netanyahu qeyd edib ki, İsrail hökuməti birləşib və İsraili qələbəyə aparmağa qərarlıdır. O, həmçinin əmin edib ki, ölkə yaraqlılar tərəfindən tutulan girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Havar Şəfiyeva






