Qərbin İsrailə dəstəyi Ukrayna məsələsində mühüm inkişaf etməkdə olan ölkələrlə konsensus əldə etmək səylərini sarsıdır. Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” rəsmilərə və diplomatlara istinadən İsrailin mövqeyinin Kiyevə dəstək məsələsinə mənfi təsir etdiyini yazır.
Onlar bildiriblər ki, Qərbin İsrailin Qəzzəyə cavab vermə vədinə reaksiyası ABŞ, AB və onların müttəfiqlərini ikiüzlülük ittihamlarına məruz qoyacaq.
Bundan əvvəl hərbi ekspert Draqo Bosniç Vladimir Zelenskinin Qərbin diqqətinin Ukraynadan İsrailə keçəcəyindən qorxduğuna diqqət çəkib. O, həmçinin vurğulayıb ki, Zelenskinin İsrail hökumətinin imtinası səbəbindən baş tutmayan Tel-Əvivə səfəri Kiyevin Qərb ölkələrinə özünü bir daha xatırlatmaq üçün uğursuz cəhdi olub.
Havar Şəfiyeva






