ABŞ prezidenti Co Bayden İsrailə davamlı dəstəyini vəd edib. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Amerika lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra bildirib.
“Birləşmiş Ştatlar azadlığı müdafiə etmək, ədalətə nail olmaq və sülhü dəstəkləmək üçün sizinlədir. Bu gün, sabah və həmişə sizə söz veririk”, – deyə Bayden bildirib.
Bayden daha əvvəl Əl-Əhli xəstəxanasındakı insidenti şərh edərək, xəstəxanadakı partlayışın İsrail tərəfindən törədilmədiyini bildirib. “Lakin bir çox insanlar buna əmin deyillər, ona görə də biz çox şeyin öhdəsindən gəlməli olacağıq”, – deyə Amerika lideri vurğulayıb.
Havar Şəfiyeva






