Elchi.az xəbər verir ki, Avropa İttifaqının illik statistikası açıqlanıb. Alıcılıq qabiliyyətinə görə Almaniyanın Münhen şəhəri, yüksək təhsilli əhalinin sayına görə isə İsveçin paytaxtı Stokholm birinci yerdədir.
İspaniyanın turizm gəlirlərində Fransa və İtaliyanı geridə qoymağa başlaması ilə Türkiyə qitənin sağlamlıq mərkəzlərindən birinə çevrilib.
Avropa İttifaqının (Aİ) rəsmi statistika qurumu olan “Eurostat” tərəfindən dərc edilən yeni regional inkişaf hesabatında bütün qitə üzrə iqtisadiyyatdan məşğulluğa, təhsilə və turizmə qədər bir çox sahədə məlumatlar açıqlanıb. Hesabatda ən diqqət çəkən statistik məlumatlardan biri də Türkiyə ilə bağlıdır. Türkiyə sağlamlıq baxımından qitənin ən yaxşı ölkələrindən biridir.
Şayəstə Hüseynova






