Məhkəmə Pakistanda iki korrupsiya işi üzrə müvəqqəti girov və həbs qərarını dayandırdıqdan sonra 2019-cu ildən Londonda olan keçmiş baş nazir Navaz Şərifin ölkəyə qayıtması üçün yol açılıb.
Elchi.az xəbər verir ki, milli mətbuatda yer alan xəbərə görə, İslamabad Ali Məhkəməsi Navaz Şərifin mühakimə olunduğu iki korrupsiya işi üzrə oktyabrın 24-dək müvəqqəti girov müqabilində azadlığa buraxılıb, başqa bir məhkəmə isə keçmiş baş nazirin həbs qərarını dayandırıb.
Məhkəmə qərarlarından sonra oktyabrın 21-də ölkəyə qayıtmağı planlaşdıran Şərifin qarşısında heç bir hüquqi maneə yoxdur.
Pakistan Müsəlman Liqası-Nəvaz Partiyası (PML-N) Şərifin oktyabrın 21-də Lahorda böyük iştirakla mitinq keçirəcəyini açıqlayıb.
Şayəstə Hüseynova






