"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mişanın Nikola çağırışı Rusiyanı qorxutdu: Təhdid artdı

19 Oktyabr 2023 - 23:23
in DÜNYA

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Nikol Paşinyana müraciəti, “va-bank” getməyə və Rusiyanın bütün strukturlarından (MDB, KTMT, Aİİ) çıxaraq, rus ordusunu ölkədən qovaraq, birbaşa AB-yə istiqamət götürməyə və hazırkı şəraitdən (Rusiyanın Ukraynada bataqlığa girməsindən – red.) maksimum istifadə etməyə çağırması Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, xüsusilə Rusiyanın təsir dairəsində olan və ya birbaşa Rusiyadan maliyələşən media qurumları bu çağırışa qarşı təbliğata başlayıblar.

Bəzi erməni politoloqlar hesab edir ki, bu, Ermənistan dövlətinin dağılması üçün “ən qısa yoldur”. Onlar cidd-cəhdlə qərbyönlü siyasətin Ermənistanın “başına ciddi fəlakətlər gətirdiyini”, “ərazi itkisinə məruz qoyduğunu” sübut etməyə çalışırlar.

Rusyönlü siyasi şərhçi Qriqor Balasanyan açıqlamasında deyib ki, bu müraciətin təşəbbüsçüsü Saakaşvili deyil, onun “ağası” ABŞ-dır:

“Ola bilsin ki, onları buna Ermənistanın Baş naziri Nikol Paşinyanın Strasburqdakı son çıxışı ruhlandırıb. Onlar səhvən hesab edirlər ki, mövcud vəziyyətdən – obyektiv və subyektiv səbəblərə görə Rusiyadan narazılıqdan istifadə edə bilərlər”.

Balasanyan Gürcüstanın MDB ilə əlaqələri kəsməklə və Aİİ-yə daxil olmamaqla nələr itirdiyini unutmamağa çağırıb:

“Baxın, adambaşına düşən ÜDM-yə görə Gürcüstan və Ermənistan hansı yerdədir. Gürcüstan bu günə kimi nə NATO-ya, nə də AB-yə üzv olub”.

Qeyd edək ki, 2022-ci il üçün adambaşına düşən ÜDM Gürcüstanda 6 770 dollar (96-cı yer), Ermənistanda isə 5 972 dollar (104-cü yer) olub. Bu baxımdan Balasanyanın müqayisəsi qətiyyən yerində deyil.

Belə aydın olur ki, Saakaşvilinin Paşinyana çağırışı Rusiyanı ciddi narahat edib və ruslar bunun arxasında konkret fəaliyyətin olması ehtimalını yüksək qiymətləndirirlər. Ona görə də Ermənistana qarşı müxtəlif ekspertlərin dili ilə hədələmələr artıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avstraliyada yarıya bölünmüş üç metrlik köpəkbalığı tapılıb

Next Post

Qəzzanın təhlükəsizlik qüvvələrinin rəhbəri ailəsilə birlikdə ölüb

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Qəzzanın təhlükəsizlik qüvvələrinin rəhbəri ailəsilə birlikdə ölüb

Qəzzanın təhlükəsizlik qüvvələrinin rəhbəri ailəsilə birlikdə ölüb

Fransa təşkilatından Qarabağla bağlı bəyanat

Fransa təşkilatından Qarabağla bağlı bəyanat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.