İsrail rəhbərliyi ötən həftə olduğu kimi bu həftə də Məscidül-Əqsada cümə namazı qılmaq istəyənlərə yaş məhdudiyyəti qoyub. İsrail qüvvələri 65 yaşından kiçik kişilərin və 50 yaşından aşağı qadınların Hərəmi-Şərifə daxil olmasına icazə vermir.
Elchi.az xəbər verir ki, normal vaxtlarda işğal altındakı Şərqi Qüdsdə yaşayan fələstinlilər cümə namazını qılmaq üçün müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsaya axışırdılar.
Lakin İsrail ötən həftə olduğu kimi bu həftə də cümə namazı üçün Məscidül-Əqsaya gəlmək istəyən fələstinlilərə yaş məhdudiyyəti qoyub.
Qüdsdəki İslam Vəqfləri İdarəsindən AA müxbirinə verilən açıqlamaya görə, İsrail qüvvələri 65 yaşdan kiçik kişi və 50 yaşından kiçik qadınların Hərəmi-Şərifə daxil olmasına icazə vermir.
Şayəstə Hüseynova





