BMT-nin Uşaq Fondunun icraçı direktoru Ketrin Rassel Qəzza zolağında dərhal atəşkəsə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə Rassel X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Rassel uşaqlara humanitar yardımın verilməsinin zəruriliyindən də danışıb. Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq bütün tərəflərə aiddir.
“Müharibənin qaydaları var… Biz Qəzza zolağında dərhal atəşkəsə, bütün uşaqların müdafiəsinə və harada olurlarsa olsunlar, uşaqlara maneəsiz, hərtərəfli və təhlükəsiz humanitar yardımın əldə edilməsinə çağırırıq”, – Rassel yazıb.
Nuranə Məmmədova






