Kipr prezidenti Nikos Xristodulides İsrailə gözlənilən səfəri zamanı Yaxın Şərq dövlətinin rəhbərliyinə İsrail və Fələstin arasında münaqişənin gərginliyinin azaldılması zərurəti barədə mesaj vermək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə Kipr hökumətinin rəsmi nümayəndəsi Konstantinos Letimpiotis bildirib.
Onun sözlərinə görə, Misirdəki sülh sammitindən sonra Xristodulid İsrailə gedəcək və orada İsrail prezidenti İsaak Hersoq və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Bu görüşlər zamanı Kipr lideri mülki əhali arasında itkilərin qarşısının alınmasının və siyasi dialoqun başlanmasının vacibliyini vurğulayacaq.
Nuranə Məmmədova




