Ötən həftə Yaxın Şərqdə 6 Çin döyüş gəmisinin fəaliyyət göstərdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, South China Morning Post qəzetində yer alan xəbərə görə, 44-cü dəniz müşayiəti işçi qrupu may ayından bəri bölgədəki adi əməliyyatlara cəlb olunub və keçən həftə Omana çoxgünlük səfər edib, o cümlədən ölkənin donanması ilə birgə təlim keçirilib.
Dövlət mediası xəbər verir ki, işçi qrup şənbə günü paytaxt Maskatı tərk edərək naməlum istiqamətə yola düşüb.
İsrailin Qəzzaya hücumları davam edərkən, Yaxın Şərqdə 6 Çin gəmisinin fəaliyyət göstərdiyi bildirilib.
Çin may ayında mindən çox çinli, braziliyalı və pakistanlının Sudandan çıxarılması üçün “052D” tipli esmines göndərib.
Şayəstə Hüseynova






