Amerikanın SpaceX şirkəti “23” Starlink peykini uğurla orbitə çıxarıb.
Elchi.az “RİA Novosti” yə istinadən xəbər verir.
“23 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, – məlumatda deyilir.
Peykləri daşıyan Falcon 9 daşıyıcı raketi oktyabrın 22-də orbitə buraxılıb. Kosmosa GMT vaxtı ilə saat 02:17-də Floridadakı Cape Canaveral Kosmik Mərkəzindən baş tutub.
Hazırda orbitdə təxminən 4,2 min Starlink peyki var. Onlar Yer kürəsinin istənilən yerində genişzolaqlı internetə çıxışı təmin edən peyk şəbəkəsində birləşiblər. Layihə İlon Maskın şirkəti tərəfindən həyata keçirilir.
Nuranə Məmmədova






