Ukraynanın beş bölgəsində hava hücumu xəbərdarlığı elan edilib.
Elchi.az xəbər verir ki, bunu ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar sübut edir.
İlk həyəcan saat 3:36-da Vinnitsa vilayətində , sonra Xmelnitski, Jitomir, Dnepropetrovsk və Nikolayev vilayətlərində, eləcə də Kiyevin nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin hissələrində elan edilib.
Nuranə Məmmədova






