ABŞ prezidenti Co Bayden və bir çox Qərb liderləri birgə mətn dərc ediblər. İsrailin mülki şəxslərə qarşı diqqətli olmasının vacibliyi vurğulanıb.
Elchi.az xəbər verir ki Kanadanın baş naziri Castin Trüdo, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak birgə bəyanatda iştirak ediblər. Bir daha İsrailin HƏMAS-a qarşı müdafiəsinə dəstək verildi.
Vurğulanıb ki, beynəlxalq insan hüquqları qaydalarına, o cümlədən mülki şəxslərin müdafiəsinə riayət edilməlidir. Qəzzaya humanitar dəhlizin açılması müsbət qarşılanıb.
Nuranə Məmmədova






