Dünyanın ən yaşlı iti kimi Ginnesin Rekordlar Kitabına düşən Bobi 31 yaşında dünyasını dəyişib.
Dünyanın ən yaşlı iti olan şirin Bobidən kədərli xəbər gəldi.
Elchi.az xəbər verir ki, fevral ayından bəri dünyanın ən yaşlı iti kimi Ginnesin Rekordlar Kitabına düşən Bobinin dünən dünyasını dəyişdiyi açıqlanıb.
Portuqaliyanın Leiria bölgəsindəki Conqueiros kəndində gözətçi iti olan Bobinin sahibi Leonal Kosta yerli mətbuata açıqlamasında itinin daxili xəstəliklərlə bağlı səbəblərdən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirildiyini bildirib.
Keçən mayın 11-də 31 yaşı tamam olan Bobinin uzun ömür sürməsinin səbəblərini elm adamları araşdırırdı.
Kosta, itinin meşəlik ərazidə azad həyat sürdüyünü bildirdi.
Şayəstə Hüseynova






