Elchi.az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Fazer ölkədə qalmaq hüququ olmayan sığınacaq axtaranların tez bir zamanda deportasiya edilməli olduğunu bildirib.
Almaniyanın daxili işlər naziri Nensi Faeser qaçqın və sığınacaq axtaranlarla bağlı mühüm açıqlama verib. SPD üzvü siyasətçi, ölkədə statusu rədd edilən sığınacaq axtaranların tez bir zamanda deportasiya edilməli olduğunu ifadə edərək, “Almaniyada qalmaq hüququ olmayanlar ölkəmizi tərk etməlidir” deyib. sığınacaq axtaranların daha tez və daha çox deportasiya edilməli olduğunu bildirib.O, çərşənbə günü Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək geniş qanunvericilik paketindən danışıb.
Faeser, geri qaytarma hallarının bu il keçən illə müqayisədə 27 faiz artdığını vurğulayaraq, qanunların daha ardıcıl və sürətlə həyata keçirilməsi üçün tənzimləmələr edilməsi lazım olduğunu bildirib.
Faeserin təqdim etdiyi qanun layihəsi hakimiyyət orqanlarının və polisin deportasiya səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Həmçinin Rusiya-Ukrayna müharibəsindən sonra 1 milyona yaxın ukraynalının Almaniyaya mühacirət etdiyi barədə məlumatlar diqqətə çatdırılıb.
Şayəstə Hüseynova






