Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim edib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Ərdoğanın administrasiyası məlumat yayıb.
İsveç və Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq üçün ötən ilin may ayında müraciət etmişdi. Türkiyə dövlətlərdən kürd təşkilatlarını terrorçu elan etməyi və terrorda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək, üzvlük prosesini əngəlləyib.
İsveç ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Avropa Birliyinə daxil olmasını asanlaşdırmağa razılıq verib.
Yeganə






