
Fevralın 20-də vergilər naziri Fazil Məmmədov Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: İsmət Qayıbov küçəsi, ev 15) Hacıqabul, Şirvan, Saatlı və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər nazirliyinin 195 Çağrı Mərkəzi və ya aşağıda qeyd olunan ünvanlar vasitəsilə əlaqə saxlaya bilərlər:
– 5 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs – Abbasov Şahin, əlaqə telefonu: (021) 216-00-55, mobil (055) 337-30-40)
– Hacıqabul vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Ramazanov Ziya, əlaqə telefonu: (021) 204-35-83, mobil (050) 495-20-75)
– Saatlı vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Veysəlov Məhəmməd, əlaqə telefonu: (021) 285-39-99, mobil (050) 518-67-00)
– Neftçala vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Tağıyev İlqar, əlaqə telefonu: (021) 263-40-11, mobil (070) 342-21-04)



