Bir il əvvəl Şotlandiyada evdən qaçaraq vəhşi təbiətdə macəraya çıxan qarğıdalı ilanı sürprizlə geri dönüb.
Elchi.az xəbər verir ki, körpə ikən itkin düşən Emett adlı misir ilanı Airdrie yaşayış massivində tapıldıqdan sonra Glasgow’dakı mərkəzə qaytarılıb.
Mərkəz rəsmilərinin verdiyi açıqlamadan sonra ilanın sahibi peyda olub və artıq balaca olmayan Emett ilanı evinə aparıb.
Şotlandiyadakı mərkəzin rəsmiləri “Bu ilanın hava şəraitinin dəyişməsinə tab gətirməsi təəccüblüdür” şərhini verib.
Kiçik körpə ikən övladlığa götürülən Emettin evdəki boşluqdan yoxa çıxdığı, evə qayıtdıqdan sonra Emetin əhvalının yaxşı olduğu bildirilib.
Şayəstə Hüseynova






