Qadının üzərində 15-dən çox bıçaq zərbəsi olub
Bakının Xəzər rayonu ərazisində meyiti tapılan qadının şəxsiyyəti məlum olub.
Xəzər rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olub ki, tapılan meyit 1968-ci il təvəllüdlü Xatirə Saməddin qızı Rzayevadır.
Hazırda onun hansı səbəblərdən və kimlər tərəfindnə öldürüldüyü araşdırılır.
Qeyd edək ki, bir neçə gün əvvəl qadının meyiti “Əli Ayağı” ziyarətgahı yaxınlığında tapılmışdı. Qadının üzərində 15-dən çox bıçaq zərbəsi olub. Lakin nə ölən şəxsin kimliyi, nə də qətlin motivi haqqında heç bir məlumat verilməyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

ANS PRESS



