İsrail Qəzzaya hava zərbələrini davam etdirir. Döyüş təyyarələri Şifa xəstəxanası yaxınlığındakı yaşayış məntəqələrini bombalayıb.
Elchi.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları davam edir. Hücumların ilk günündən xəstəxanalar təkcə müalicə alanları deyil, həm də təhlükəsiz yer axtaran bir çox insanı qəbul edir.
Şifa xəstəxanasının yanındakı yaşayış məntəqələri də İsrailin hədəfinə çevrilib.
İşıqsız, yanacaqsız, susuz qalan şəhər açıq hava həbsxanasına çevrildi.
Şayəstə Hüseynova






