İki ayrı hücum nəticəsində insan itkisi ilə əlaqədar ölkədə matəm elan edilib
Danimarkada bu gün matəmlə əlaqədar bütün ölkədə dövlət bayraqları yarıyadək endirilib.
ANS PRESS-in məlumatına görə, matəm paytaxt Kopenhagendə iki ayrı-ayrı hücumlar nəticəsində insan itkisi ilə əlaqədar elan edilib. İki gün əvvəl iki ayrı silahlı hücum nəticəsində 2 nəfər ölmüş, 5 nəfər yaralanmışdı.
Hücumlardan biri polislərə, digəri isə Məhəmməd Peyğəmbərin karikaturasını çəkən rəssamla söz azadlığına dair seminarın keçirildiyi yerdə olmuşdu.
Danimarka kəşfiyyatının agentliyi “PET”-in məlumatına görə, atəş açan şəxsin radikalizmlə əlaqəli olduğu ehtimal edilir.
Adı açıqlanmayan 22 yaşlı gənc dünən əməliyyat nəticəsində polis tərəfindən öldürülüb.
Associated Press



