Belçikanın dövlət təhlükəsizlik xidməti Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinovu casusluqda və Rusiya Xarici Kəşfiyyat Xidmətində işləməkdə şübhəli bilir. Elchi.az xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Belçika hüquq-mühafizə orqanları rusiyalı diplomatı Avropa maraqlarına zidd olan qeyri-qanuni fəaliyyətdə şübhələndirir, hazırda ona qarşı araşdırma aparılır.
Aİ diplomatik mənbələrinə görə, 2022-ci ildə Belçika kəşfiyyatı Loqvinovun persona non-qrata olacaq və ölkədən qovulacaq agentlər siyahısına daxil edilməsini israrla tələb edib, lakin Aİ-nin xarici siyasəti özləri üçün mənfi nəticələrdən qorxaraq bunu qadağan edib.
Bundan əvvəl Almaniya prokurorluğu Federal Kəşfiyyat Xidmətinin əməkdaşını və onun vasitəçisini Rusiyaya casusluqda ittiham edib. Müstəntiqlərin fikrincə, onlar Rusiya tərəfinə “HIMARS” reaktiv yaylım atəşi sistemlərinin və “İRİS-T” hava hücumundan müdafiə sistemlərinin Ukraynadakı mövqeləri barədə məlumatları təqdim etməyə çalışıblar.
Havar Şəfiyeva






