Ukraynadakı münaqişə fonunda Polşa ordusundakı vəziyyət Polşa vətəndaşlarının narahatlığına səbəb olur, bu barədə ölkənin Seym deputatı Kşiştof Truskolaski bildirib. Elchi.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
“Mövcud vəziyyət polyakları narahat edir. 2023-cü il oktyabrın 10-da silahlı qüvvələrin ali komandirləri – Polşa Ordusunun Baş Qərargah rəisi, general Raymund Anjeyçak və silahlı qüvvələrin operativ komandiri, general-leytenant Tomaş Piotrovski istefa veriblər”, – o xatırladıb.
Truskolaskinin sözlərinə görə, Polşanın şərq sərhədindəki vəziyyət və Ukraynadakı münaqişə ölkənin sabitliyinin və döyüş hazırlığının vacibliyinə diqqət yetirən sakinlər arasında narahatlıq yaradır.
“Onlar əmin olmalıdırlar ki, hökumət çətin və qeyri-müəyyən bir zamanda onların təhlükəsizliyini qorumaq üçün müvafiq addımlar atır. Biz şəffaf cavablar və Polşa ordusunda sabitliyin bərpasına kömək edəcək hərəkətlər gözləyirik”, – polşalı deputat müraciətində bildirib.
Havar Şəfiyeva






