Elchi.az xəbər verir ki, Avstraliyanın Kvinslend əyalətinin Tara qəsəbəsində davam edən yanğınlarda 11 min hektar meşə sahəsi külə dönüb, 2 nəfər həyatını itirib.
Avstraliya meşə yanğınları ilə mübarizə aparır. Kvinslend ştatının Tara qəsəbəsində baş verən yanğında təxminən 11 min hektar ərazi və 16 ev külə dönüb. Ən azı 350 nəfərin evlərindən təxliyyə edildiyi qəsəbədə bir müddət sonra təxliyə əmri ləğv edilib. Bununla belə, səlahiyyətlilər sakinlərə evlərinə qayıtmağın hələlik təhlükəsiz olmadığı barədə xəbərdarlıq edib.
Ştatın Millmerran qəsəbəsində baş verən yanğında 50 nəfərin evlərindən təxliyə edildiyi, 1 evin yandığı bildirilib.
Ən azı 100 müxtəlif yanğının davam etdiyi Avstraliyanın Yeni Cənubi Uels əyalətində 72 fərqli nöqtədə yanğınla mübarizə aparılır. Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, ən azı 900 yanğınsöndürən tərəfindən müdaxilə edilən yanğınlardan 23-ü hələ də nəzarətə götürülməyib. Ötən həftə ştatda baş verən yanğınlarda iki nəfər həlak olub.
Şayəstə Hüseynova






