Hər hansı bir ölkənin nüvə silahından istifadə etməsi qaçılmaz olaraq üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxaracaq. Elchi.az xəbər verir ki, bunu Lenta.ru ilə söhbətində “FSB”-nin istefada olan general-mayoru Aleksandr Mixaylov deyib.
Nüvə silahının sahibləri onlardan istifadənin nəticələrini başa düşürlər
“Nüvə silahlarının özləri olduqca dekorativ xarakter daşıyır, çünki onlara lazım olan əsas şey daşıyıcılardır. Bundan əlavə, ona sahib olan ölkələr ondan istifadənin təhlükələrini hamıdan daha çox başa düşürlər. Təbii ki, hamı İrandan, Şimali Koreyadan və nəzəri cəhətdən nüvə başlıqlarına malik olan digər ölkələrdən qorxur” – deyə Mixaylov qeyd edib.
Onun fikrincə, istənilən nüvə münaqişəsi qaçılmaz olaraq üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.
Mixaylov onu da əlavə edib ki, nüvə silahlarından başqa, tullantı materiallarından yaradılmış çirkli bomba kimi istifadə oluna bilən çoxlu radioaktiv komponentlər var. Vurulan zaman ərazini çirkləndirir, radiasiyanın yayılmasına və dinc əhali arasında itkilərə səbəb olur.
Havar Şəfiyeva






