
Rusiyanın sanksiyalar nəticəsində iqtisadi çətinliklərlə üzləşdiyi bir vaxtda prezident Putin ilə bağlı gündəmə bomba kimi düşəcək bir iddia ortaya atılıb.
Avropa.info xəbər verir ki, Almaniyanın “Hedge” Fondunun rəhbəri Bill Brovder Rusiya Prezidenti Vladimir Putinin dünyanın ən zəngin adamı olduğunu iddia edib.
Brovderə görə, Putinin şəxsi sərvətinin dəyəri 200 milyard dollardır . CNN-ə danışan Brovder deyib ki, Rusiyada 14 ildir hakimiyyətdə olan Putin fantastik məbləğdə pul qazanıb.
“Rusiyanın son 14 ildə qazandığı pullar məktəblərə xərclənmədi, yollara xərclənmədi. Bu pullar İsveçrədə banklarında Putinə aid hesaplara yatırıldı “
Qeyd edək ki, dünyanın ən varlı adamı 79 milyard dollarla “Microsoft”un qurucusu Bill Qeyts



