İranın Cənubi Xorasan əyalətinin Şusif rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Cənubi Xorasan əyalətinin Şusif rayonunda olan 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 04.11-də qeydə alınıb.
Zəlzələ yerin 10 kilometr dərinliyində baş versə də, hər hansı can itkisi olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.
Şayəstə Hüseynova





