Beynəlxalq kəşfiyyat məlumatlarına görə, Ukrayna Rusiya ilə müharibəsində yeni strategiya kimi “qəsdləri” seçib.
Elchi.az HaberGlobal-a istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri də MKİ-nin hazırladığı agentlərin bu üsulla onlarla separatçı öldürməsinə reaksiya verirlər.
Rusiyanın da eyni şəkildə reaksiya verəcəyi ilə bağlı qorxular var.
Bir çox kəşfiyyat və hərbi media orqanlarında, xüsusilə də beynəlxalq kəşfiyyat xəbər saytı İntelnews-da diqqəti çəkən məlumatlar paylaşılıb. “Ukraynanın kəşfiyyat orqanları sui-qəsdlərdən müharibə silahı kimi istifadə edir” başlıqlı təhlil yazısında Ukrayna Məxfi Xidmətinin (SBU) fəaliyyətinə yer verilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi – CIA tərəfindən yetişdirilən SBU agentləri ölkə daxilində bir-birinin ardınca sui-qəsdlər həyata keçirməyə başladı. Təlimləri verən MKİ Rusiyanın da eyni yolla getməsindən və sui-qəsd müharibələri yaradacağından qorxur.
Şayəstə Hüseynova






