İsrail və Fələstin arasındakı münaqişə regionda gərginliyə səbəb olur. Bunu ABŞ Hərbi Hava Qüvvələrinin Suriyada İranın silah anbarlarına endirdiyi zərbələr sübut edir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Zərbələrə gəlincə, Fələstin-İsrail gərginliyi, əlbəttə ki, regionda daha geniş kontekstdə gərginliyə səbəb olur, bu, çox pisdir”, – deyə Peskov bildirib.
O, həmçinin əlavə edib ki, hazırda ərəb respublikasında yerləşdirilən Rusiya hərbçilərinin münaqişəyə cəlb olunacağından qorxu yoxdur.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden ABŞ Silahlı Qüvvələrinə qarşı silsilə hücumlara cavab olaraq Suriyada İrana məxsus olduğu iddia edilən obyektlərə zərbələr endirilməsi barədə göstəriş verib. Bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
Havar Şəfiyeva






