İsrail ordusu dünən blokada altındakı Qəzza zolağına intensiv hücumlarını davam etdirərkən, xüsusilə bölgənin şimalında qarşıdurmalar yaşanır.
Elchi.az xəbər verir ki, ötən gecə İsrail bölgəyə, xüsusən də Qəzzanın şimalına hücumlarını gücləndirib.
İsrail ordusu Qəzzanın şimalını haubitsalarla vurub, daha sonra bölgəyə intensiv hava zərbələri endirib.
İsrail ordusu Qəzzada bir çox nöqtəyə zərbələr endirib və səhərə qədər bölgəni davamlı olaraq bombalayıb.
Şayəstə Hüseynova






