ABŞ-da sülh tərəfdarı olan yəhudi qrupları Nyu-Yorkun məşhur Grand Central qatar stansiyasını zəbt edib və İsrailin Qəzza əməliyyatını dayandırması üçün “dərhal atəşkəs”-ə çağırıb.
Elchi.az xəbər verir ki, “Sülh üçün Yəhudi Səsi” (JVP) adlı təşkilatın sosial media platformasında verdiyi açıqlama ilə toplaşan qruplar Nyu-Yorkun ən böyük qatar stansiyası olan Grand Central-ın əsas sərnişin zalını zəbt edib.
Qara köynək geyinmiş yüzlərlə yəhudi amerikalı “Fələstin azad olmalıdır”, “Sülh, dərhal”, “Atəşkəs tələb etmək üçün Grand Central’ı ələ keçirin”, “Tarixin sağ tərəfində bizimlə olun” şüarları səsləndirib və əllərində şüarlar səsləndiriblər.
Etirazla eyni vaxtda yəhudi qeyri-hökumət təşkilatları JVP və IfNotNow sosial media platformalarında “Artıq 7 min fələstinli ölüb, bir milyondan çox insan ev-eşiyindən didərgin düşüb. İsrail liderləri açıq şəkildə soyqırım ritorikasından istifadə etməyə davam edir” yazıb.
Şayəstə Hüseynova






