Hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı səbəbindən Ukrayna ABŞ-dan FrankenSAM proqramının həyata keçirilməsini sürətləndirməyi və müxtəlif hissələrdən yığılmış əldəqayırma hava hücumundan müdafiə sistemləri yaratmağı xahiş edib.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Aydınlaşdırılır ki, “FrankenSAM” Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin dünyanın bir çox yerindən yığıldığı, çox vaxt köhnə və istismardan çıxarıldığı bir layihədir.
“FrankenSAM” layihəsi əsasında komplekslərin payızda Kiyevə verilməsi planlaşdırılır . Plana görə, silahlar Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək, enerji sistemi obyektlərini və infrastrukturunu hava hücumlarından qoruyacaq. Məqalədə deyilir: “Qış yaxınlaşdıqca Ukrayna hakimiyyəti öz hava hücumundan müdafiə imkanlarını ciddi şəkildə gücləndirməlidir.
Nuranə Məmmədova






