İsrailin baş naziri Benyamin Netanyahu müharibənin ikinci mərhələsinin başladığını elan edib. Onun sözlərinə görə, məqsədi HƏMAS-ın infrastrukturunu məhv etmək və girovları azad etməkdir.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Netanyahu qeyd edib: “Dünən gecə quru qoşunları Qəzzanın qapılarından keçərək şər yuvasına daxil olublar. Qərb və Ərəb ölkələrindəki müttəfiqlər Fələstin hərəkatına qarşı müharibənin məqsədlərini anlayır və İsrailə qələbə arzulayırlar”.
Netanyahu Qəzza zolağında hərbi əməliyyatın uzun sürəcəyini və böyük səbr tələb edəcəyini bildirib.
Yeganə






