Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres bir daha atəşkəs çağırışını təkrar edərək, İsrailin Qəzzaya hücumlarında fasilə gözlədiyini, lakin hücumların artdığını bildirib.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail-Həmas müharibəsinə növbəti qiymət verib.
Quterreş sosial media hesabından verdiyi açıqlamada, “Yaxın Şərqdə ən azı humanitar yardım üçün fasilə lazım olduğuna dair artan konsensus məni ruhlandırdı. Təəssüf ki, humanitar səylərə xələl gətirən misli görünməmiş partlayışlar məni təəccübləndirdi. Bu vəziyyət tərsinə çevrilməlidir. “Girovların qeyd-şərtsiz azad edilməsi və humanitar fəlakətin gözümüzün önündə cərəyan etdiyi Qəzzada insanların ehtiyaclarını ödəmək üçün yardımların çatdırılması ilə təcili humanitar atəşkəs çağırışımı bir daha təkrar edirəm” dedi.
Şayəstə Hüseynova





