Almaniya Xarici İşlər Nazirliyi qeyri-qanuni yəhudilərin İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığını pisləyib və İsrail hökumətini tədbir görməyə çağırıb.
Elchi.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer paytaxt Berlində verdiyi açıqlamada, Almaniyanın İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququnu dəstəklədiyini, lakin İsrailin də ekstremist məskunlaşma zorakılığına müqavimət göstərməli olduğunu bildirib.
İşğal altındakı İordan çayının qərb sahilindəki zorakılığa diqqət çəkən Fişer, “Məskunlaşanların Fələstin icmalarına qarşı hücumlarını və şiddətini birmənalı şəkildə qınayırıq” dedi.
Həftə sonu bölgədə dəhşətli hadisələrin yaşandığına diqqət çəkən Fişer, “İsraili də fələstinliləri ekstremist məskunlaşmaçıların aktiv fəaliyyətlərindən qorumağa və məsul olanları məsuliyyətə cəlb etməyə çağırırıq. İordan çayının qərb sahilindəki işğalçı güc olaraq, İsrail oradakı Fələstin əhalisinin təhlükəsizliyini və bütövlüyünü təmin etmək öhdəliyi daşıyır: “Fələstinli ailələrin onilliklər boyu yaşadıqları yerlərdə qalması və həyatları qorxusundan ata-baba yurdlarını tərk etməyə məcbur olmaması təmin edilməlidir.” dedi.
Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi məskunlaşanların fələstinlilərə qarşı hücumları artıb.
Fələstin mənbələrinin məlumatına görə, radikal yəhudi məskunlaşmaçılar o vaxtdan indiyədək fələstinli mülki şəxslərə qarşı 280 hücum həyata keçirib və ən azı 7 nəfər həlak olub.
Şayəstə Hüseynova






