Almaniyanın iki məscidinə Quranın yandırılmış səhifələri olan məktublar göndərilib. Elchi.az xəbər verir ki, bu barədə “Rheinische Post” yerli polisə istinadən yazır.
Məscidlər Recklinghausen və Kastrop-Rauxel şəhərlərində poçt qutularında məktublar aşkar ediblər. İçərisində Quranın yandırılmış səhifələri, it nəcisləri və təhqiramiz məktubların olduğu dəqiqləşdirilir.
Nəşrin məlumatına görə, dövlət təhlükəsizlik xidməti nifrətin qızışdırılması ilə bağlı araşdırmalara başlayıb.
Bundan əvvəl Quran yandırma aksiyalarının təşkilatçısının İsveçdən deportasiya edildiyi məlum olub. Onun yaşayış icazəsinin uzadılmayacağı və 5 il müddətinə ölkəyə girişinə qadağa qoyulacağı qeyd edilir.
Havar Şəfiyeva






