Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə diplomatik qalmaqalın mərkəzindədir. Səmimiliyi və təmkinliliyi ilə tanınan Berbok Qətər əmiri Təmim bin Həməd Əl Tani ilə görüşdən əvvəl ZDF televiziyasına müsahibə verib və orada monarxı terrorçuluğa sponsorluq etməkdə ittiham edib.
Elchi.az bu barədə RİA.ru-ya istinadən xəbər verir.
Almaniyanın xarici işlər naziri vurğulayıb ki, Qətər kimi ölkələr bu məsələdə xüsusi məsuliyyət daşıyırlar. Qətər əmiri bu bəyanatdan çox qəzəblənib və danışıqları tamamilə ləğv etmək niyyətində olub.
Sakitləşən Təmim bin Həməd Əl Tani Berlində Berbok ilə söhbətə razılıq verib. Monarx ona Qətərin yardım ödənişlərinin İsrail və ABŞ ilə razılaşdırıldığını və ciddi nəzarət altında olduğunu izah edib.
Daha əvvəl Berbok Avropa ölkələrinin Rusiyaya qarşı müharibə apardığını bildirmişdi. Başqa bir dəfə o, Çin prezidenti Si Cinpini diktator adlandırıb.
Yeganə






