Çin hakimiyyəti Kanadanın Çinin “WeChat” tətbiqindən məmurlar üçün istifadəsinə məhdudiyyət qoymasına qəzəblənib.
Elchi.az TASS.ru–ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
Çinli siyasətçinin sözlərinə görə, Kanada hökuməti heç bir səbəb olmadan ayrı-ayrı ölkələrdəki müəssisələrə təzyiq göstərir. Çin bu cür hərəkətlərə qəti etiraz edir.
O, həmçinin Kanada hakimiyyətinin öz vətəndaşlarının məlumatlarını qorumaq bəhanəsi ilə tətbiqdən istifadəyə qadağa qoyub. Van Venbin ümid edir ki, Kanadanın ağlı başına gələcək və Çin müəssisələrinə ədalətli davranılmasını təmin edəcək.
Xatırladaq ki, oktyabrın 30-da Kanada hakimiyyəti öz məmurlarına “WeChat” proqramından istifadə etməyi qadağan etmişdi. Bu qərar dövlətin təhlükəsizliyini qorumaq üçün verilib.
Yeganə






